USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
V.Kliçko: WBC Konvensiyasının Bakıda təşkili qeyri-adi hadisədir

İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə Ümumdünya Boks Şurası (WCB) Konvensiyasının Bakıda təşkilinə şərait yaratdığı üçün minnətdarlıq etmək istərdim. Bu versiyada dünyanın müxtəlif dahi boksçuları, o cümlədən, Məhəmməd Əli, Mayk Tayson, Lennoks Lüis vuruşub. Mənə də WBC versiyası üzrə dünya çempionu titulunu əldə etmək qismət olduğu üçün böyük qürur hissi keçirirəm. Çox yaxşı haldır ki, belə bir konvensiya Azərbaycan paytaxtında keçirilir. Təşkilati işlərdə dəstək olduğu üçün gənclər və idman naziri Azad Rəhimova da böyük təşəkkürlərimi bildirirəm. Konvensiyanın işinə uğurlar arzulayıram.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko deyib. Məşhur boksçusu WBC Konvensiyasının Bakıda təşkilini qeyri-adi hadisə adlandırıb: "Çünki bu tədbir adətən, WBC versiyasında döyüşməyə namizədi olan ölkələrdə keçirilir. Ən nüfuzlu versiya üzrə Azərbaycanın çempionu yoxdur. Amma əminəm ki, belə inkişaf etmiş infrastruktur, idmana göstərilən diqqət sayəsində belə bir çempion ən yaxın vaxtlarda yetişəcək. Dünyanın bütün promouterləri Bakını, Azərbaycanı görmək, növbəti il dünya çempionu kəməri uğrunda döyüşün məkanını müzakirə etmək üçün bura gəliblər. Əminəm ki, bu konvensiya Azərbaycanda peşəkar boksun inkişafına təkan olacaq. Bilirik ki, Azərbaycanın həvəskar boksda ən yüksək nəticələr göstərmiş idmançıları var. İnanıram ki, yaxın vaxtlarda belə boksçular peşəkar rinqdə də ortaya çıxacaqlar".

Vitali Kliçko Azərbaycanın peşəkar boksda da yüksək nəticələr əldə etməyə qadir olduğunu vurğulayıb: "2011-ci ildə Azərbaycanda boks üzrə dünya çempionatı yüksək səviyyədə keçirildi. Üstəlik, Azərbaycanın bir neçə boksçusu yüksək nəticələr göstərdi. Hətta qardaşım Vladimir Kliçkonun peşəkar boksda rəqibi olmuş Entoni Coşua finalda Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidova uduzdu. Nəticədə Coşua yalnız gümüş mükafatçı ola bildi. Ənənələr var, bunu möhkəmləndirmək, inkişaf etdirmək lazımdır. Nelson Mandella idmanın dünyanı dəyişməyə qadir olduğunu deyib. Belə tədbirlərin Azərbaycanda təşkili çox xoş haldır".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!