USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan musiqisi Vyetnamda - Audioreportaj

Hanoy şəhərində Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “Azərbaycan musiqisi Vyetnamda” adlı konsert təşkil edilib.

“Azərbaycan musiqisi Vyetnamda” adlı konsert iki ölkənin mədəni münasibətlərinin tarixində ilk dəfə təşkil olunub. 

Xalq artistləri - dirijor Yalçın Adıgözəlov və opera müğənnisi Azər Zeynalov, habelə Xalq Artisti, muğam ifaçısı Mənsum İbrahimov, Əməkdar artistlər - tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədovdan ibarət “Qarabağ” muğam qrupu Hanoy Filarmoniyasının orkestrı ilə birgə konsert proqramı ilə çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Həsən Rzayevin, Vasif Adıgözəlovun əsərləri və Azərbaycan muğamları ifa olunub. Konsert tamaşaçıların gur alqışları ilə müşayiət olunan “Qarabağ şikəstəsi”nin ifası ilə başa çatıb.

Konsertə tamaşa edənlər arasında Vyetnam Milli Assambleyasının sədr müavini Uonq Çu Luu, mədəniyyət və turizm nazirinin müavini Le Khanh Hayın, Vyetnam Kommunist Partiyası, parlamenti, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin, digər dövlət qurumlarının rəsmilərinin, diplomatik korpusun, Vyetnam ictimaiyyətinin tanınmış nümayəndələri olub.

Xalq artisti Mənsum İbrahimov Hanoydan konsert barədə ASAN Radioya danışıb:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!