USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İndoneziya mətbuatında “ASAN xidmət”in uğurlu fəaliyyətindən bəhs olunub

İndoneziya “ASAN xidmət” təcrübəsi əsasında inteqrasiya olunmuş dövlət xidmətləri göstərən vahid mərkəz açmağa hazırlaşır. Bu barədə İndoneziyanın nüfuzlu mətbu orqanında qeyd olunub. 

ASAN Radionun məlumatına görə, belə ki, məqalədə ötən həftə İndoneziya Prezidentinin xüsusi elçisi, eyni zamanda İndoneziyanın İnzibati və Bürokratik İslahatlar nazirinin müavininin başçılıq etdikləri nümayəndə heyətlərinin ölkəmizdə səfəri, “ASAN xidmət” modeli ilə yaxından tanış olmaları barədə geniş məlumat yer alıb. “ASAN xidmət”in uğurları, 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən  yüksək 1-ci yerə layiq görülməsi xüsusi vurğulanıb. 

Bildirilib ki, Azərbaycanda inteqrasiya olunmuş  dövlət xidmətləri göstərən mərkəz vahid məkanda vətəndaşa  400-ə yaxın xidmət təqdim edir. İndoneziyanın Banyuwangi əyaləti də bunu həyata keçirmək istəyir, bunun üçün də bu istiqamətdə fəaliyyətini təkmilləşdirir. 

Dünya standartlarına cavab verən bu cür mərkəzlərin fəaliyyəti barədə məlumat verilir ki, bu mərkəzlərdə müasir texnologiyalar və innovasiyalar tətbiq edilməklə operativ və rahat formada xidmət göstərilir, bu da öz növbəsində şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.  

Qeyd edək ki,  cari ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Məqaləyə keçid: https://m.detik.com/news/berita-jawa-timur/d-3666870/mal-pelayanan-publik-di-banyuwangi-akan-dibuka-satu-minggu-lagi?_ga=2.68972625.1312035060.1506997279-587232787.1468337799 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!