USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Naxçıvan türbələri ISESCO-nun irsi siyahısına təqdim olunub

Mərakeşin paytaxtı Rabatda ISESCO İcraiyyə Şurasının 38-ci sessiyası keçirilir.

Sessiya çərçivəsində ölkəmizin ISESCO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə SESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl Tüveycri ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən ASAN Radioya bildirilib ki, görüşdə ISESCO və Azərbaycan əməkdaşlığı barədə fikir mübadiləsi aparılaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyi xüsusilə qeyd edilib.

V. Eyvazzadə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızda dağıdılmış dini abidələr, bu məqsədlə yaradılan xüsusi işçi qrupun fəaliyyəti barədə ətraflı məlumat verərək növbəti il “Bakı Prosesi”nin 10 illik yubileyinin qeyd ediləcəyini, habelə ISESCO-nun bir tərəfdaş kimi bu hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırıb.

ISESCO-nun baş direktoru bütün məsələlərdə Azərbaycanın yanında olduğunu bildirərək gələcək əməkdaşlıq üçün təşkilat tərəfindən bütün işlərin lazımi səviyyədə öz həllini tapacağına əminliyini ifadə edib.

Sonra V.Eyvazzadə Naxçıvan türbələrinin İslam Mədəniyyəti İrsi Siyahısına daxil edilməsi üçün mədəniyyət və turizm naziri, Azərbaycan Respublikasının ISESCO üzrə Milli Komissiyasının sədri Əbülfəs Qarayevin ünvanladığı məktubla sənədlər toplusunu təşkilatın baş direktoruna təqdim edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!