USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda ICAO-nun uçuşların təhlükəsizliyi üzrə Avropa regional ekspert qrupunun müşavirəsi keçirilir

Bakıda oktyabrın 2-dən 6-dək Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası, "Azərbaycan Hava Yolları" (AZAL) QSC, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) dəstəyi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuşların təhlükəsizliyi üzrə Avropa regional ekspert qrupunun onuncu müşavirəsi keçirilir. 

Konfransda 15 ölkədən, eyni zamanda beş beynəlxalq və regional təşkilatdan (ICAO, IAC, EASA, IATA, EUROCONTROL) təxminən 65 mütəxəssis, həmçinin iri aviasiya istehsalçıları – “Boeing” və “Airbus”un nümayəndələri iştirak edir. 

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, müşavirənin işi çərçivəsində ilk iki gündə taksonomiya və uçuşların təhlükəsizliyi üzrə praktiki seminarlar keçirilib.

Konfransın ilk günlərinin yekunlarına əsasən qrupun işinin nəticələri bəyənilmiş və regional səviyyədə uçuşların təhlükəsizliyi sahəsində təşəbbüslərin reallaşdırılması istiqamətində növbəti addımlar planlaşdırılıb. 

Azərbaycanın aviasiya hakimiyyətinin, ICAO, IATA, IAC, EUROCONTROL-un nümayəndələri və digər rəsmi şəxslər məruzələr ilə çıxış ediblər. 

IE-REST qrupu 2013-cü ildə ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun təşəbbüsü ilə yaradılıb. Qrupun əsas məqsədi uçuşların təhlükəsizliyi səviyyəsinin artırılması üzrə təşəbbüs və tədbirlərin hazırlanması və dəstəklənməsidir. Hazırda belə tədbirlər regional və beynəlxalq təşkilatların, tənzimləyici orqanların, aviaşirkətlərin və hava gəmiləri istehsalçılarının birgə səyləri ilə həyata keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!