USD - 1.7 EUR - 1.9187 RUB - 0.0255 TRY - 0.3217 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident: Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır Sumqayıtda abadlıq-quruculuq və avtomobil yollarının təmirinə 3 milyon manat ayrılıb Azərbaycan əhalisinin sayı 9 milyon 981 min 457 nəfərə çatıb “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Maştağada Bakıya sulu qar yağacaq
Futbol üzrə 2022-ci ilin DÇ başqa ölkəyə keçirilə bilər

Qətər futbol üzrə 2022-ci ilin dünya çempionatını keçirmək hüququndan məhrum edilə bilər.

ASAN Radio “ВВС”yə istinadla xəbər verir ki, bunun başlıca səbəbi ərəb dövlətlərinin (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn) Qətəri terrorizmə maliyyə dəstəyi göstərmək üstündə ittiham etməsidir. Məlumatda Qətərdə dünya çempionatı infrastrukturu ilə məşğul olan tikinti şirkətlərinə bu layihənin çox riskli olması barədə xəbərdarlıq edilir.

Ölkənin “DÇ-2022” üzrə təşkilat komitəsi bu informasiyanı təkzib edərək, qarşıdakı turnirin təhlükəsiz olacağını bildirib.

Xatırladaq ki, iyun ayında Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik əlaqəni kəsiblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio