18/12/2017 16:56

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


ASAN xəbər

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb


10.10.2017   18:38


NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

ASAN Radio MN-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.




Xəbər lenti

18 Dekabr











ASAN Radio telefonunuzda
Facebook