22/11/2017 23:57

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


ASAN xəbər

“ASAN xidmət” və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə səyyar tibbi müayinə aksiyası keçirilir


17.10.2017   12:41


Bu gün “ASAN xidmət” və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə  Ucarda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilir.

Belə ki, aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermotoloq, pediator, oftalmoloq, LOR, cərrah, USM, EKQ, və qanda şəkərin təyini müayinələrindən yararlanacaqlar.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətinin, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.

 




Xəbər lenti

22 Noyabr











ASAN Radio telefonunuzda
Facebook