USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Litvalı rejissor: "Avropa Tolerantlıq Festivalı" çox mühüm festivaldır

Bakıda hal-hazırda davam edən "Avropa Tolerantlıq Festivalı" çərçivəsində növbəti film nümayişi keçirilib. “Park Cinema Flame Towers”də litvalı rejissor Andruis Stonysun ekranlaşdırdığı “Quzuların darvazaları” filmi tamşaçılara təqdm olunub.

Təqdimatdan sonra filmin rejissoru Andruis Stonys ilə həmsöhbət olduq. O, filmin festival çərçivəsi keçirilən təqdimatı ilə bağlı təəssüratlarını ASAN Radioya müsahibəsidə bölüşüb:

“Mən düşünürəm ki, bu çox mühüm festivaldır. Çünki bu festival tolerantlıqla bağlıdır. Bildiyimiz kimi tolerantlıq da müasir dövrdə ən əsas məsələlərdən biridir. Mən bu festivalda iştirak etdiyim üçün çox şadam. Filmimin təqdimatı zamanı burada, zalda müxtəlif dindən olan insanlar var idi və mən sonda onların filmlə bağlı təəssüratlarının müsbət olduğunu gördüm."

Rejissor Bakıda ilk dəfə olduğunu qeyd edib: “Bu mənim Bakıya ilk gəlişimdir.  Bakı ilə bağlı təəssüratlarım müsbətdir. Bakı çox gözəl şəhərdir. Mən  paytaxtınızı çox bəyəndim. Xüsusilə də Bakının memarlığı, insanları mənim xoşuma gəldi. Sonda festivalın təşkilatçılığı haqda danışmaq istərdim - çox gözəl təşkil olunub. Mən özümü burada çox rahat hiss etdim.”

Qeyd edək ki, festival iki məkanda “Landmark” və “Park Cinema Flame Towers”də  keçirilir.

ASAN Radio festivalın informasiya tərəfdaşıdır.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!