USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kliçko Bakının “Xruşşovka” təcrübəsini Kiyevdə tətbiq etmək istəyir 

Kiyev mənzil fondunun modernləşdirilməsində maraqlıdır. Xüsusilə “Xruşşov” layihəli binaların sakinlərinin yeni binalara köçürülməsi proqramının tətbiqini istəyirik.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukrayna bazarında işləmək istəyən Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.

Kiyev meri qeyd edib ki, Ukrayna yolların bərpası və müasir infrastrukturun tikintisi baxımından ən yaxşı təcrübəni qəbul etməyə hazırdır. “Ukrayna və Azərbaycan arasında yaxşı dostluq münasibətləri var. Biz Azərbaycanı strateji tərəfdaş hesab edirik. Azərbaycanın Ukraynada, xüsusilə Kiyevdə böyük diasporu var. Sizin şirkətlər artıq paytaxtda yol tikintisi sahəsində çalışırlar. Biz tərəfdaşlığımızı daha səmərəli və qarşılıqlı faydalı hala gətirməliyik”, - deyə Kiyevin meri bildirib.

Bakının sürətlə inkişaf etdiyini diqqətə çatdıran V.Kliçko deyib: “Biz bu təcrübədən şəhərimizi daha yaxşı və daha rahat etmək üçün istifadə etmək istəyirik”.

Səfir A.Xudiyev bildirib ki, çoxlu sayda Azərbaycan şirkəti Kiyevdə müxtəlif sahələrdə işləməyə hazırdır. Xüsusilə onlar mənzil və sənaye tikintisi, şəhər kommunikasiyalarının modernləşdirilməsi, kanalizasiya, işıqlandırma, şəhər mühitinin yaxşılaşdırılması və s. ilə məşğul olan müəssisələrdir.

Səfirin sözlərinə görə, Azərbaycan şirkətlərinin Kiyevdə layihələrə maliyyə yatırımını artırması üçün birgə əməkdaşlığın gücləndirilməsi zəruridir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!