Beynəxalq Muğam Mərkəzində oktyabrın 17-də Azərbaycan Televiziyası Mədəniyyət kanalının layihəsi olan romans müsabiqəsinin qaliblərinin konserti keçirildi.Tədbirdə Mədəniyyət kanalının təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə bu ilin iyun ayında start verilən romans janrı üzrə müsabiqənin qaliblərinin nəticələri bəlli oldu.
ASAN Radio xəbər verir ki, tədbirdə Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru Ramil Qasımov çıxış edərək yeni nəsil bəstəkarlarının yaratdığı romansların gələcək nəsil üçün önəmindən söhbət açdı və belə bir layihənin gənc bəstəkarlar üçün böyük örnək olduğunu qeyd etdi.
Sonra Əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova çıxış etdi.
Tədbirdə “Yeni romans” müsabiqəsinin qalibləri Əməkdar artist İlahə Əfəndiyeva, Gülnaz İsmayılova,İnara Babayeva,ifaçılar Zemfira İsmayılova, Fəxri Kazım Nicat, Bəsti Qasımova, Ərəstun Quliyev,Atəş Quliyev, Aynur İskəndərli, Sevda Rəhimova tamaşaçılar qarşısında çıxış etdilər.
Konsertdə bəstəkarlardan Elvin Quliyevin “Gəlmişəm”, Sevinc Əliyevanın ”Dəniz”, Azər Dadaşovun “Sevdinsə”, Nazim Paşanın “Ah bu məhəbbət”, Toğrul Salmanovun “Gecənin sonsuzluğunda”, Məmməd Cəfərovun “Nə qədər ki...”, Qumru İmamverdiyevanın “Mənim eşqim”, Tamilla Əhədovanın “ Səni unutsam”, Lalə Cəfərovanın “Bu gecə” əsərləri səsləndi.
İfaçıları Xəzər Universitetinin kamera orkestrı müşayiət edirdi. Orkestrin bədii rəhbəri professor Zülfiyyə Sadıqova idi.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə də muğamsevərlərə bir neçə möhtəşəm layihələr təqdim edir ki, onlardan biridə “Muğam axşamları” dır.
“Muğam axşamları” nın növbəti konserti 1 noyabr saat 19:00 da keçiriləcəkdir. Gecədə Orta-Mahur və Rahab muğamları səslənəcək. Biletləri şəhərimizin kassalarından, Asan xidmət mərkəzlərindən və online iticket.az saytından əldə etmək olar.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!