USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti İstanbulda İranın birinci vitse-prezidenti ilə görüşüb 

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.

ASAN Radionun xəbərinə görə, Azərbaycan Prezidenti  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.

Görüşdə Prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan prezidenti iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Dövlət başçısı prezidentlər səviyyəsində görüşlərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini bildirib.

İranın birinci vitse-prezidenti Eshaq Cahangiri Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, Astara-Astara dəmir yolu xəttinin həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Eshaq Cahangiri regionda terrorizm təhdidlərinin olduğunu söylədi və buna qarşı mübarizədə ölkələrin səylərinin artırılmasının əhəmiyyətindən danışıb.

İqtisadi əlaqələrimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük marağın olduğunu qeyd edərək bildirib ki, bu layihə bölgədə iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Dövlət başçısı deyib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan ölkələrdəndir və bu sahədə səylərini əsirgəmir.

Söhbət zamanı Azərbaycan ilə İran arasında energetika, əczaçılıq, sərmayə qoyuluşu, sənaye, o cümlədən birgə avtomobil istehsalı və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirildi və əlaqələrimizin inkişafına dair fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!