USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"IMAGİNE" Avropa Tolerantlıq Festivalı çərçivəsində İsrail teatr qrupunun tamaşası nümayiş olunub 

Bakıda təşkil olunan "IMAGİNE" Ilk Avropa Tolerantliq Festivalı çərçivəsində İsraildən olan “Beresheet LaShalom” Göyqurşağı teatr qrupunun  tamaşası nümayiş olunub. 

Tamaşanın təqdimatında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.  İsrailin ölkəmizdəki səfiri Dan Stav Bakıda keçirilən Avropa Tolerantliq Festivalında  iştirak etdikləri üçün qürur duyduqlarını bildirib.

Daha sonra ASAN Radio olaraq, “Beresheet LaShalom” Göyqurşağı Teatr Qrupununun kollektivi ilə həmsöhbət olduq. ASAN Radioya xüsusi müsahibə verən teatrın yaradıcısı xanım Edna Angelica Calò Livné   Festivalda iştirakından məmnunluğunu bildirərək  15 il əvvəl yaratdığı teatr haqda danışdı.

Tamasadan sonra musiqi sədaları altında iştirakçılar qonaqlarla birgə rəqs ediblər.

Qeyd edək ki, festival iki məkanda “Landmark” və “Park Cinema Flame Towers”də  keçirilir.

ASAN Radio festivalın informasiya tərəfdaşıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!