USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Riqada “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirələr aparılıb

Latviyanın paytaxtı Riqa şəhərində keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Belarus Dəmir Yollarının rəisi Vladimir Morozov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında görüş keçirilib. İşçi görüşdə Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov da  iştirak edib.  

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ASAN Radioya bildirib ki, tədbirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin  inkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi və digər məsələlər  müzakirə edilib.

Qeyd olunub ki, ötən 9 ay ərzində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu  üzrə yükdaşımaların həcmi 21.6% artaraq, 4.7 milyon tonu keçib. Bundan başqa, keçən illə müqayisədə konteyner daşımalarının həcmi 2.4 dəfə artıb. Belə ki, bu dəhliz vasitəsilə 7 mindən çox konteyner mənzil başına çatdırılıb.

Görüş zamanı tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bu haqda müvafiq protokol imzalanıb.

Qeyd olunub ki, ötən il Rusiyanın “RDY Logistika” şirkəti xarici tərəfdaşlarla birgə dəhlizin qərb istiqaməti üzrə test rejimdə Hindistandan Rusiyaya İran və Azərbaycan ərazisiylə konteynerlər göndərib.

Görüş iştirakçılarının fikrincə, bu dəhliz üzrə artım tendensiyasını dəstəkləmək üçün logistik şirkətlərin diqqətini daimi nəqliyyat servislərinin yaradılmasına və bütün tərəfləri qane edən tariflər tətbiq edilməsinə yönəltmək lazımdır. Həmçinin, yüklərin gömrük tərtibatının sadələşdirilmiş prosedurlarla aparılması üçün işlər görülməlidir.

Görüş zamanı logistik zəncir iştirakçılarının (dəmir yollarının, limanların, dəniz yolu daşımaçılarının, gömrük xidmətlərinin) qarşılıqlı əlaqəsinin yaradılmasının vacibliyi qeyd olundu.

Yığıncaqda Avropa, Cənubi Asiya, Fars körfəzi ölkələri, Belarus və Rusiya arasında yük daşımalarının sürətləndirilməsi və ucuzlaşdırılması “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti üzrə birbaşa dəmir yolu bağlantısının yaradılmasıyla bağlıdır. Bunun üçün də dəhlizin son çatışmayan halqası – Rəşt-Astara dəmir yolu xəttinin tikintisi və istifadəyə verilməsi lazımdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!