USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Konteynerlərin daşınması “ADY Konteyner"ə həvalə olunub

Konteynerlərin daşınması “ADY Konteyner” MMC-yə həvalə olunub.

ASAN Radioya bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycanda beynəlxalq standartlara cavab verən yük daşımaları sahəsində xidmətlərə olan tələbatın artması, dünyada uzun məsafəli blok qatarlarla daşımalarda rəqabətin genişlənməsi nəzərə alınaraq, “Azərbaycan Dəmir Yolları” QSC-də “ADY Konteyner” MMC-nin yaradılması barədə qərar qəbul edilib.

“ADY Konteyner” MMC dəmir yolu ilə konteyner daşımalarının həyata keçirilməsi, müxtəlif tipli yüklərin daşınması üçün nəzərdə tutulan konteynerlərin alınması, istifadə edilməsi və istismarının təmin edilməsi, konteynerlərlə bağlı bütün növ xidmətlərin həyata keçirilməsi məqsədilə yaradılıb. Azərbaycanda olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımaları “ADY Konteyner” MMC tərəfindən idarə olunur. “ADY Konteyner” MMC Xəzər dənizi, Qara dəniz regionu, Avropa, Orta Asiya, Uzaq Şərq və Fars körfəzi ölkələrindən konteyner daşımaları həyata keçirir, beynəlxalq standartlara uyğun logistika xidmətləri göstərir.

“ADY Konteyner” MMC həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan üzərindən konteynerlərin daşınması üzrə operatordur. Bu, 2017-ci il sentyabrın 8-də Ukraynanın Odessa şəhərində baş tutan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi iclasında qəbul edilən sənəddə əksini tapıb. Sənəddə Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun üzvləri sırasına daxil edilməsi barədə qərar qəbul edildiyi göstərilir.

Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstandan yola çıxan 32 konteynerdən ibarət ilk yük qatarının Azərbaycan üzərindən ekspeditoru da məhz “ADY Konteyner” MMC-dir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!