USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
S.Teterkin: “ASAN xidmət” mərkəzlərində yüksək keyfiyyətli xidmət göstərilir

“ASAN xidmət” mərkəzi ən yüksək standartlar səviyyəsində qurulub və iş prinsipi çox səmərəlidir. Bu mərkəzlərdə insanlara qısa müddət ərzində yüksək keyfiyyətli xidmətlər göstərilir. Burada çoxlu insan işləyir, onların fəaliyyətini tənzimləmək və əlaqələndirmək çox böyük məsuliyyət və peşəkarlıq tələb edir.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi məsələlərinə dair tədbirin Rusiyadan olan iştirakçısı Sergey Teterkin 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində deyib.

Rusiya Federasiyası Prokurorluğunun beynəlxalq hüquqi əməkdaşlıq baş idarəsinin prokuroru olan S.Teterkin ölkəsini Bakıda keçirilən bu mötəbər tədbirdə təmsil etməkdən məmnunluğunu bildirərək söyləyib: “ASAN xidmət” mərkəzləri vətəndaşların rahatlığı, onların yüksək keyfiyyətli xidmətlərlə təmin olunması üçün yaradılıb. Məhz bu baxımdan Bakı ilə yanaşı, regionlarınızda da belə mərkəzlərin fəaliyyət göstərməsi nəticəsində vətəndaşların Bakıya gəlməsinə və növbədə gözləməsinə ehtiyac qalmır. Biz müşahidə etdik ki, “ASAN xidmət” mərkəzində iş yüksək səviyyədə, peşəkarlıqla təşkil olunub və bu qurumun fəaliyyəti əhali tərəfindən məmnunluqla qarşılanır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!