USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda “Ziraat Bank Azərbaycan”ın baş ofisinin yeni binası istifadəyə verilib

Oktyabrın 31-də Bakıda Türkiyənin “Ziraat Bank”ının “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinin yeni binası istifadəyə verilib.

 

ASAN Radio xəbər verir ki, mərasimdə çıxış edən “Ziraat Bank”ın baş direktoru Hüseyn Aydın Azərbaycanda yeni Baş ofisin yaradılmasının ölkələrimiz arasındakı münasibətləri daha da genişləndirdiyini bildirib. “Ziraat Bank”ın Azərbaycanın bank sektorunun inkişafına təkan verəcəyini deyən H.Aydın əmin olduğunu bildirib ki, bankın ölkəmizdəki filialı fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

 

Sonra bankın reklam çarxı nümayiş olundu.

 

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov müstəqillik illərində ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, bank sektorunda da uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələri xatırladan Elman Rüstəmov qeyd edib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da genişləndirir.

 

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bankın yaranma tarixindən danışıb. O, Türkiyənin iqtisadi inkişafında bankların mühüm rol oynadığını bildirib. Türkiyəli nazir ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin genişlənməsində bankların fəaliyyətini vurğulayıb. Qeyd edib ki, türkiyəli iş adamları Azərbaycanda özlərini daha rahat və təhlükəsiz hiss edirlər.

 

Sonra yeni bina ilə tanışlıq oldu. Binada işçilərin çalışması, istirahəti, həmçinin müştərilərə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. 154 illik fəaliyyət tarixi olan bankın 2015-ci ildən ölkəmizdə filialı var. Yeni ofis binasının açılışı ilə Türkiyənin bu maliyyə qurumu ölkəmizdəki fəaliyyətini daha da genişləndirir. “Ziraat Bank”ının 18 ölkədə 88 törəmə bankı, filial və nümayəndəlik ofisi var. Bankın baş ofisi Ankarada yerləşir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!