USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aİ-nın Azərbaycan nümayəndəliyi jurnalistlər və festival tamaşaçıları üçün yazı müsabiqəsi elan edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi jurnalistlər və festival tamaşaçıları üçün yazı müsabiqəsi elan edib.

ASAN Radio xəbər verir ki, müsabiqənin qalibləri gələn il fevralda Almaniyanın paytaxtı Berlində təşkil olunacaq film festivalında iştirak etmək hüququ əldə edəcək.

Belə ki, “Avropa Tolerantlıq Festivalı və Avropa Film Festivalı tolerantlıq və ya mədəni müxtəliflik barədə mənim təəssüratlarımı necə dəyişdi” mövzusunda yazılan inşa maksimum 350 sözdən ibarət olmalıdır. İngilis dilində yazılacaq inşa noyabrın 30-dək “İnşa müsabiqəsi” adı ilə [email protected] elektron poçtuna göndərilməlidir. Hər namizəd yalnız bir yazı göndərə bilər. Bundan başqa, Aİ-nin Azərbaycan nümayəndəliyi jurnalistlər üçün “Ən yaxşı mətbuat işi” adlı ikinci müsabiqəsini də elan edib.

Avropa Film Festivalı barədə nəşr olunan ən yaxşı mətbuat işi seçilərək mükafatlandırılacaq. Müsabiqənin qalibi Berlin Film Festivalında iştirak etmək hüququ əldə edəcək. Məqalənin linki, skan edilmiş surəti və ya reportajın video, audio yazısı noyabrın 30-dək “Jurnalistlər üçün müsabiqə” adı ilə [email protected] elektron poçtuna göndərilməlidir.

Qeyd edək ki, uçuş bileti, yaşayış və gündəlik xərclər, eləcə də festivala biletlər nümayəndəlik tərəfindən ödəniləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!