USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Abşeron rayonunda bayraq yürüşü

Dövlət Bayrağı Günü münasibətilə Abşeron rayonun inzibati mərkəzi – Xırdalan şəhərində ümumrayon tədbiri keçirilib. Tədbirdən əvvəl Abşeron Rayon İcra Hakimiyyəti binasının qarşısından Bayraq Meydanına ümumrayon yürüşü olub.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, milli musiqimizin sədaları altında rayonun minlərlə sakini şəhərin Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə küçələrində keçməklə ümummilli liderin adını daşıyan parkdakı Bayraq Meydanına doğru hərəkət ediblər. Tədbirdə rayonun hüquq- mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər il olduğu kimi bu ildə Abşeron Rayon İcra Hakimiyyəti Bayraq Gününün təntənə ilə qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb. Builki bayram yürüşü 5 min 500 insanın iştirakı ilə yadda qalıb. Bayram münasibətilə bütün yaşayış binaları üçrəngli bayrağımızla bəzədilib. Xalqımızın qürur mənbəyi və iftixarı, dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.

Tədbirdə bildirilib ki, bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin rəmzidir. Məhz Ulu Öndərin siyasi cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb.

Bayram tədbirində respublikanın tanınmış incəsənət ustaları Vətənimizə, bayrağımıza həsr olunan mahnılar ifa ediblər. Uşaq Musiqi və İncəsənət məktəblərinin çıxışı maraqla qarşılanıb. Ədəbi bədii kompozisiyalar nümayiş olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!