USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Əli və Nino" yenidən Romada

Bu ilin yayında İtaliyada keçirilmiş Birinci Azərbaycan Film Festivalı çərçivəsində ilk dəfə təqdim edilmiş dünyaca məhşur “Əli və Nino” filmi yenidən italyan tamaşaçılarının qarşısına çıxıb.

ASAN Radioya Azərbaycannın İtaliyadakı Səfirliyindən verilən məlumata görə, bu dəfə filmin nümayişi 11 noyabr 2017-ci il tarixində Romanın mərkəzində yerləşən Tiziano kinoteatrında Azərbaycanın İtaliyadakı Səfirliyi və İtaliya Xarici İşlər Nazirliyi Əməkdaşlarının Həyat Yoldaşlarının Assosiasiyası - ACDMAE tərəfindən birgə təşkil olunmuşdur və “Əli və Nino” filminin nümayişi ilə ACDMAE-nin mədəni mübadiləni təşviq etmək məqsədilə həyata keçirdiyi “Beynəlxalq Film Seriyaları” layihəsinin açılışı həyata keçirilib.

Tədbiri giriş sözü ilə ACDMAE-nin prezidenti Sofia Marras açmış və ardınca həmin qurumun inzibati şurasının üzvü Puççi Rastrelli, Azərbaycanın İtaliyadakı səfirinin həyat yoldaşı Aynurə Hüseynova və İtaliyanın Azərbaycandakı keçmiş səfiri, Azərbaycanın İtaliyanın Genuya şəhərindəki fəxri konsulu Marqarita Kosta salamlama nitqi söyləmişlər. Bunun ardınca “Əli və Nino” filmi nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara Azərbaycanın milli mətbəx nümunələrindən müxtəlif şirniyyatlar təqdim edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!