USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AZTA Misirdə turizmin təhlükəsizliyinin təbliğatını həyata keçirəcək

Azərbaycan Turizm Assosiasiyası Misirdə turizmin təhlükəsizliyinin təbliğatını həyata keçirəcək.

ASAN Radio xəbər verir ki, AZTA rəhbərliyi Misirin Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fudə Siddiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Misirin Ədliyyə Nazirliyinın təftiş müşaviri  Vəlid Fövzi əs-Subəi, “Air Cargo” şirkətinin idarə heyətinin rəhbəri Yasir Yəhya Məhəmməd, “Maksima” turizm şirkətinin rəhbəri Amir Məhəmməd İsmayıl, “Shams” otellər qrupunun idarə heyətinin sədri Muteyyi Mahmud İsmayıl, “İtaly-Egypt Air” şirkətinin baş meneceri İsam Əbdül Gəni daxil olub. Görüşdə Misirin Azərbaycandaki səfiri xanım Suzan Cəmil də iştirak edib.

Cənubi Sinay əyalətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə AZTA ilə sıx əməkdaşlığın perspektivləri müzakirə olunub. Assosiasiya rəhbərliyi hazırda Azərbaycan turistləri arasında Misirdə məlum olan siyası hadisələrdən sonra təhlükəsizliyin bərqərar olduğunu və bu barədə geniş məlumatlandırma tədbirlərinin aparılmasının vacibliyini qeyd edib. Assosiasiya bu tədbirlərin həyata keçirilməsində Misir tərəfinə yardım etməkdə hazır olduğunu bildirib. Tərəflər birgə infoturların, work-shop və B2B görüşlərin keçirilməsi barədə razılığa gəliblər, birbaşa uçuşların sayının artırılmasının vacıbliyini qeyd ediblər. Birgə fəaliyyətin nəticəsi olaraq Azərbaycan Turizm Assosiasiyasının üzvlərinə individual və qrup şəklində sadələşdirilmiş viza verilməsi barədə razılığa gəliblər. 

Görüşün sonunda Misirin Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fudə Siddiq  Şarm əl-Şeyxin simvolik açarını Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin üzvü Göydəniz Qəhrəmanova təqdim edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!