USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası oynanılıb

Noyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrı 144-cü mövsümündə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını göstərib.

ASAN Radio bildirir ki, tamaşanın quruluşcu rejissoru, Şuşa Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar Mədəniyyət işçisi, Əməkdar artist Loğman Kərimovdur.

Böyük mütəfəkkir Mirzə Fətəli Axundov Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınmışdır. O  öz xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855- ci illər arasında bir- birindən maraqlı altı komediya yazmışdır. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də "Hekayəti-müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" (1850) komediyasıdır.

"Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini indi də saxlayır.

Bu günkü tamaşanın səhnəyə qoyulmasında məqsəd, gənc nəslə yeni formatda M.F. Axundov yaradıcılığını müasir dövrə uyğun çatdırılması üçün nəzərdə tutulub.

“Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında Teymur Məmmədov, Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Hamlet Qənbərov, Yaşar Muradov, Ruhiyyə Həsənova, Mobil Qurbanov, Azad Məmmədov çıxış ediblər.

Tamaşada Mirzə Ələkbər Sabirin “Bəhri- təvil” və Səməd Mənsurun “Həpsi rəngdir”,”Gülməlidir”qəzəllərindən istifadə olunub.

Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamlar”ı layihəsi çərçivəsində “Bayatı-Qacar” və “Şahnaz”muğamları səslənəcək. Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və online itikcet.az saytından əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!