USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən Həmid Vəkilovun yaradıcılıq gecəsi keçirilib

Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində tarzən, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının professoru Həmid Vəkilovun yaradıcılıq gecəsi keçirilib.

ASAN Radio xəbər verir ki, gecədə sənətkarın həyat və yaradıcılığından,Azərbaycan Televiziyasının “Qızıl  fondu”-nda saxlanılan ifalarından ibarət videoçarx nümayiş olunub.

Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi,akademik Vidadi Xəlilov çıxış edərək,sənətkarın həyat və yaradıcılığından,musiqi  mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. Qeyd edilib ki,sənətkar Həmid Vəkilov haqqında yazılmış  Baris Əsədovun “Tarda dünya musiqisi”, Əbülfəs Mədətoğlunun “Yarım əsr tarla nəfəs nəfəsə”, Rafiq Salmanovun “Tar yaşadıqca onu yaşadan sənətkarı da yaşadır”, Rafiq Hacıyevin “Novator tarzən” adlı məqalələri işiğ üzü görmüşdür.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Əməkdar artistlər Təranə Əliyeva(qanun) ,Sahib Paşazadə(tar),ifaçılar Mehri Arifqızı(kamança),Natəvan Həsənzadə (qanun) Həmid Vəkilovun bəstələrini ifa ediblər.

Konsert maraqla və alqışla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsi çərçivəsində növbəti konsert bu gün noyabrın 15–də keçiriləcək.

Biletləri  şəhərimizinkassalarından,“ASAN xidmət”mərkəzlərindən,online itikcet.az saytından əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!