USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səfir Massari hər kəsi "İtalyan mətbəxi günləri"nə dəvət edir - Eksklüziv/Audio

İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari ASAN Radionun qonağı olub. Augusto Massari Bakıda keçiriləcək "İtaliya mətbəxi həftəsi" ilə bağlı ASAN Radioya eksklüziv müsahibə verib.

- Salam, studiyamıza xoş gəlmisiniz. İlk sualım belə olacaq: Bakıda gözlənilən "İtaliya mətbəxi günləri" hansı tarixlərdə keçiriləcək?

- Bakıda "İtaliya mətbəxi həftəsi" noyabrın 20-dən start götürəcək və 26-a qədər, yəni 1 həftə davam edəcək. Bu təkcə Bakıda deyil, bütün dünyada qeyd ediləcək. Bu dünya miqyasında keçirilən bir təşəbbüsdür. "İtalyan mətbəxi həftəsi" İtaliya hökuməti, İtaliya XİN-i tərəfindən təşkil olunur. Dünyanın bütün ölkələrində fəaliyyət göstərən İtaliya səfirlikləri, konsulluqları, İtalyan Mədəniyyət institutu bir həftə ərzində "İtaliya mətbəxi həftəsi"ni təşkil edəcək.

- "İtaliya mətbəxi günləri"nin keçirilməsində məqsəd nədir?

- Belə bir həftəni təşkil etməkdə məqsəd İtaliya mətbəxini, İtaliya yeməklərini, şərabını təşviq etməkdir. Eyni zamanda, kommersiya və mədəni bir məqsəd daşıyır. Çünki bizim üçün yəni, italyanlar üçün yemək yemək, hazırlamaq, birlikdə yemək - bu sadəcə qidalanmaq, doymaq üçün deyil. Bu daha cox şey anlamına gəlir. Bu mədəniyyətdir. Bu portret çəkmək, hekayə yazmaq kimi bir şeydir. Bu həqiqətən də incəsənətin bir hissəsidir. Mükəmməl yemək, mükəmməl inqridientlər və bir qədəh şərab - incəsənətin bir hissəsidir.

-  Azərbaycan və İtaliyanın mətbəxində oxşarlıq var. Siz necə düşünürsünüz?

- Bəli, düşünürəm ki, bizim mətbəxlərdə oxşarlıq var. Məsələn, xəmir xörəkləri və təzə çörək. Bunlar hər iki ölkənin oxşar cəhətidir. Mən sizdə hazırlanan təndir çörəyini çox xoşlayıram. Mən həqiqətən küçədə gəzib bu çörəkdən alıb evə aparmağı və xanımımla, uşaqlarımla birgə bu çörəyi yeməyi çox sevirəm. Bu Bakıda ən çox sevdiyim işdir.

- Azərbaycan mətbəxini ümumiyyətlə bəyənirsinizmi və xoşladığınız yemək varmı?

- Ola bilsin, mən hələ burada çox şeyi kəşf etməmişəm. Çünki mən 3 ay bundan əvvəl Bakıya gəlmişəm. Amma artıq mənim sevimli xörəyim var. Bu düşbərədir. Mən həqiqətən də bu şorba növünü çox sevirəm. 

- Sonda Auqusto Massari hər kəsi Bakıda keçiriləcək İtalyan yeməkləri həftəsinə dəvət etdi və həftə ərzində İtaliya mətbəxinin tanıdılması ilə bağlı görüləcək tədbirlər barədə ətraflı məlumat verdi.

- Mən hər kəsi, hazırda bu proqramı dinləyənləri dəvət edirəm. Proqram haqqında, həftə haqqında ətraflı məlumat üçün səfirliyin rəsmi internet -veb səhifəsində, facebook səhifəsində tanış ola bilərlər. Xəzər Tv-nin “Nuş Olsun” verilişində isə canlı italyan aşbazların performansları, italyan yeməklərinin hazırlanması nümayiş etdirəcəklər. Axşamlar Bakıda bütün italyan restoranlarında italyan aşbazları tərəfindən hazırlanan şam yeməyi təşkil olunacaq. Burada İtalyanın ən məşhur şirkətlərinin şərablarının dadına baxa bilərlər. Biz İtaliyadan praktik qonaq da dəvət etmişik. Hansı ki, Boloniyada 100 yaşı olan qədim "Kontina Bentivolyo" restoranının sahibi, aşbazı gələcək və əl ilə spagettiləri hazırlayan qadınlar gələcək. Biz onları canlı performans göstərmək üçün dəvət etmişik. Beləliklə biz gerçək İtaliyanı Bakıya gətirməyə çalışdıq. Həmçinin Landmarkda yemək və şərabdan bəhs edən bir neçə italyan filmləri nümayiş olunacaq. Beləliklə filmlər vasitəsilə də siz italyan mətbəxi, yeməkləri və şərabını kəşf edə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!