USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir müavini hemodializ xəstələrinə xidmətdən danışdı

Ölkəmizdə 2300-dən artıq tibb müəssisəsi, o cümlədən 1150-si paytaxtda, qalanları regionlarda olmaqla əhalinin sağlamlığının keşiyində dayanır. Hazırda ölkəmizdə fəaliyyət göstərən 2297 aptek müəssisəsinin 97-si topdansatışla məşğul olur. Topdansatış müəssisələrinin 77-si Bakıda, qalanları isə rayonlardadır. Tibbi ləvazimatların istehsalı ilə məşğul olan 4 şirkət var.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, bu faktları səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə müsahibəsində söyləyib.

Nazir müavinin verdiyi məlumata görə, son on ildə 600-dən çox tibb müəssisəsi yenidən qurulub və ya təmir edilib. Onun dediyinə görə, ölkədə səhiyyənin inkişaf səviyyəsinin əsas göstəricilərindən biri ana və uşaq ölümünün azalması, həmçinin təbii artımdır. On il əvvəl hər 100 min diridoğulan körpəyə 34 ölüm halı qeydə alınırdısa, indi həmin rəqəm 13,6-ya düşüb. Qeyd olunub ki, müsbət dinamikanı hemodializli xəstələrə qulluq sahəsində də müşahidə etmək olar. On beş il əvvəl həmin xəstələrə qulluq etmək imkanı yox idisə, indi 3 min nəfərdən artıq böyrək çatışmazlığı olan xəstəyə xidmət göstərmək üçün 34 hemodializ müəssisəsi var və onlardan 26-sı rayonlarda fəaliyyət göstərir.

Nazir müavini onu da söyləyib ki, ölkəmizdə 875 özəl tibb müəssisəsinin 430-u stomatoloji fəaliyyətlə məşğul olur və təəssüf ki, onların arasında lisenziyasız işləyənlər də var. Son vaxtlar onların barəsində 100-ə qədər protokol tərtib olunaraq inzibati cəza tətbiq edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!