13/12/2017 07:39

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


Birjadasan

Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur


22.11.2017   13:35


Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, bu gündən etibarən dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km yolun əsaslı təmirinə start verilib.

Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 406 km dəmir yolu əsaslı təmir olunub.




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook