USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qəbələdə idman spartakiadası baş tutacaq

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və  "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə "Sağlamlıq Günü: ASAN Könüllülərinin III Spartakiadası" layihəsi həyata keçiriləcək. 

ASAN Radio bildirir ki, Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Mahir Hətəmovun layihə rəhbəri olduğu “ASAN Könüllülərinin III spartakiadası”nın əsas məqsədi ölkənin milli idman strategiyasının dəstəklənməsi, gənclər arasında idmanın təbliği ilə sağlam nəslin formalaşdırılmasına töhfə verməkdir.

Qəbələ şəhərində baş tutacaq layihədə  7 fərqli bölgədən olan gənc iştirakçılar müxtəlif idman növləri üzrə fərdi və komandalar şəklində mübarizə aparacaqlar.

İştirakçılar voleybol, tennis, kəndirdartma, qaçış və digər idman növləri üzrə öz güclərini sınayacaqlar.

Tədbirin sonunda ümumi idman növləri  üzrə ən çox xal qazanaraq I, II, III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunacaq. Spartakiadanın növbəti kuboku  I yeri tutmuş komandaya təhvil veriləcək.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!