USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Komitə sədri İsveç nümayəndə heyəti ilə görüşüb

Noyabrın 28-də ölkəmizdə səfərdə olan İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoransonun rəhbərlik etdiyi nümayəndə heyəti Dini Qurumlarda İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.

DQİDK-nın sədri qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin nəticəsində Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. O, eyni zamanda ölkəmizdə 17-si xristinalığa aid olmaqla 28 qeyri- islam dini icmasının fəaliyyət göstərdiyini vurğulayıb. DQİDK-nın sədri bu icmalara sərbəst şəkildə fəaliyyət göstərmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. O, həmçinin ölkəmizdə din pərdəsi arxasında fəaliyyət göstərmək istəyən radikal dini qruplara qarşı dövlət səviyyəsində mübarizə tədbirlərinin görüldüyünü deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, Görüşdə Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, İslam dininə aid olan bütün tarixi abidələrin, o cümlədən məscid və ziyarətgahların ermənilər tərəfindən dağıdıldığını bildirib.

Mübariz Qurbanlı rəhbərlik etdiyi nümayəndə heyəti ilə ötən ilin aprelində İsveçə səfər etdiyini , bu ölkədəki dini abidələr, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitlə yaxından tanış olduğunu xatırladıb.

İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoranson dövlət-din münasibətlərinin tənzimlənməsində təcrübə mübadiləsinin önəmindən danışıb. Bildirib ki, son illər qlobal aktuallıq kəsb edən miqrant axını öz ölkəsində din adı altında bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. Qonaq bütün dini konfessiyaların birgə sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün dini icmalarla dövlət arasında dialoqun gücləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə iki ölkə arasında dini və mədəni sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, radikal dini qruplaşmalara qarşı mübarizə, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Mübariz Qurbanlı Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi “Azərbaycanın seçilmiş İslam abidələri”, “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda dini müxtəliflik” kitablarını qonaqlara təqdim edib.

Qeyd edək ki, görüşdə İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman, səfirliyin müvəqqəti işlər vəkili Kristian Kamill, İsveç Xarici işlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsində Cənubi Qafqaz üzrə kurator Qustav Vinstrand da iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!