USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radionun məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyib.

Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana səfərini xatırlayan prezident İlham Əliyev bu səfərin uğurla keçdiyini bildirib və ölkələrimiz arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı ticarət, investisiya qoyuluşu, ölkələrimizin daha çox şirkətlərinin birgə çalışmasının önəmini vurğulayıb.

Prezident İlham Əliyev bu baxımdan iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan prezident İlham Əliyev bu yaxınlarda Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini və yaxşı nəticələr verdiyini bildirərək sammitdə qəbul edilən Bəyannamənin əhəmiyyətini vurğulayıb, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində danışıqlar aparıldığını və bu sazişin əməkdaşlığımızın qarşılıqlı maraq doğuran bütün sahələrini, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət sahələrini əhatə edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycan ilə Xorvatiya arasında energetika sahəsində uzunmüddətli əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu deyərək Xorvatiyanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında mütəmadi iştirak etməsindən məmnun olduğunu bildirib.

M. Daliç isə Bakıya gəlişindən məmnunluğunu ifadə edərək ölkəmizdə özlərini evdəki kimi hiss etdiklərini bildirib. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyərək, iki dövlət başçısının əməkdaslığımızın genişlənməsi baxımından birgə səylərinin önəmini qeyd edib. Xanım Martina Daliç sərmayə qoyuluşu, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu dedi və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın uğurla fəaliyyət göstərdiyini qeyd edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Birgə Komissiyanın həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!