USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vyanada görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib

Noyabrın 29-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

ASAN Radio xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında məlumat verib, onu müasir Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olduğunu, XX əsrdə Azərbaycanda musiqi sənətinin inkişafında, eləcə də ictimai həyatında oynadığı roldan, Azərbaycan muğamlarının nota köçürülməsində xidmətlərindən bəhs edib. Vurğulanıb ki, Tofiq Quliyevin geniş yaradıcılığı yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmayıb, o, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan ictimai həyatında özünəməxsus çəkisi olan xadim idi. Azərbaycanda ilk estrada orkestrinin yaradıcısı olan T.Quliyev çoxlu sayda bədii filmlərə bəstələdiyi musiqiləri ilə dillər əzbəri olan neçə-neçə əsər yaradıb. Onun mahnıları zamanında görkəmli müğənnilərin ifasında insanların qəlbini fəth edib və bu gün də Azərbaycan milli musiqisinin inciləri sırasında yer alır. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq həm Azərbaycanda, həm də ölkənin hüdudlarında kənarda yubiley tədbirləri keçirilir, dahi bəstəkarın əziz xatirəsi anılır.

Konsertdə gənc Azərbaycan musiqiçisi, dirijor Mustafa Mehmandarovun rəhbərlik etdiyi “Xəzər virtuozları“ orkestri Tofiq Quliyevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Konsertdə dahi bəstəkarın mahnı, vals və müxtəlif filmlər üçün bəstələdiyi əsərləri səsləndirilib. Bakı Musiqi Akademiyasının tələbəsi Orxan Cəlilov və Vyana Musiqi və İncəsənət Özəl Universitetinin tələbəsi Mərziyə Hüseynova konsertdə T.Quliyevin “Sənə də qalmaz”, “Neftçilər mahnısı”, “Axşam mahnısı”, “Sevgi valsı”, “Qızıl üzük” mahnılarını, eləcə də “Görüş“, “Telefonçu qız“, “Bəxtiyar“ filmlərinə yazdığı mahnıları oxuyublar. Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin tələbəsi, gənc pianoçu Abuzər Manafzadə bəstəkarın fortepiano üçün yazdığı bir neçə əsəri ifa edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!