USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
M.Qurbanlı: “Azərbaycanda din amilindən istifadə edib qarşıdurma yaratmaq mümkün deyil”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib.

ASAN Radionun xəbərinə görə, konfransda Dövlət Komitəsi və Gənclər Fondunun rəhbərliyi, dini icma sədrləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, rəhbəri olduğu qurum dini radikalizmə qarşı mübarizədə müxtəlif qurumlarla əməkdaşlıq edir: “Bizim gənclər təşkilatları ilə də sıx əməkdaşlığımız var. Gənclər Fondu ilə indiyə kimi müxtəlif xarakterli tədbirlər keçirmişik. Bugünkü tədbirimizdə də gənclər və dini icmalar arasındakı qarşılıqlı əlaqələr və burada gənclərin rolu məsələsi ətrafında müzakirələr aparacağıq”.

M. Qurbanlı deyib ki, dini xurafata, dini radikalizmə, ekstremizmə qarşı mübarizədə təbliğat daha yüksək səviyyəyə qaldırılmalıdır: “Bu gün Azərbaycanda dini baxımdan sabit bir mühit var. Qafqaz Müsəlmanları İdarəsi və Dövlət Komitəsi ölkəmizin müxtəlif qurumları ilə birlikdə bu sahədə geniş proqram həyata keçirir. Biz hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik. Azərbaycanda din amilindən istifadə edərək hər hansı formada qarşıdurma yaratmaq və yaxud ictimai-siyasi sabitliyi pozmağa cəhd etmək mümkün deyil. Azərbaycanda bu cür hərəkətlərə yol verənlər heç nəyə nail ola bilməzlər. Dini təhrif edərək, dindən sui-istifadə edərək dini siyasiləşdirənlər öz məqsədlərinə çata bilməyəcəklər”.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondu arasında Birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, bu sənəd əsasında birgə layihələrin hazırlanması istiqamətində işlər görüləcək.

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, dünyada baş verən münaqişələrin fonunda Azərbaycan dövlətinin dini konfenssiyalara olan münasibəti təqdirəlayiqdir: “Artıq “İslam Həmrəyliyi İli” başa çatmaq üzrədir. “İslam Həmrəyliyi İli” sülhə xidmət etmək baxımından bir başlanğıc oldu. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Gənclər Fondunun həyata keçirdiyi tədbirlər təqdir olunur. Ölkəmizdə yenidənqurma, abadlıq işləri aparılır. Azərbaycan hər bir sahədə dünyaya öz nümunəsini təqdim edib.  Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sərbəst və sülh şəraitində yaşayırlar”.

Tədbir çıxış və müzakirələrlə yekunlaşıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!