İqtisadiyyat nazirliyi Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edir. Müsabiqə üzrə layihələr İdeya Bankı platforması vasitəsilə toplanır.
Sizin də ideyanız varsa, qalib olmaq istəyirsinizə, layihənizi www.ideya.az və ya www.ideyabanki.com internet səhifəsinə daxil olub, "2017 İnnovasiyalar" müsabiqəsini seçib göndərə bilərsiniz.
Layihələrin son göndərilmə tarixi 5 dekabrdır.
Müsabiqənin qalibləri mükafatlandırılacaq:
Birinci yer—3000 AZN
İkinci yer— 2000 AZN
Üçüncü yer—1000 AZN
Ətraflı məlmat üçün https://goo.gl/UJvzAC internet səhifəsinə baxa bilərsiniz.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!