USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Formula-1 Azərbaycan Qran-Prisinə əlverişli qiymətlərlə bilet satışı davam edir

2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinə əlverişli qiymətlərlə bilet satışı davam edir.

ASAN Radio xəbər verir ki, dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 faiz endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25 faizlik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildir.

İlkin endirim kampaniyası yalnız tribunaya olan və aprelin 26-29-da keçiriləcək yarışlara dördgünlük biletlər üçün keçərlidir. Hər bir tribunada bu kampaniya üçün məhdud sayda yer ayrılıb. Azyaşlılar üçün alınan dördgünlük biletlər də bu kampaniyaya daxildir. Azyaşlılar kateqoriyası yarış həftəsonu zamanı 2-16 yaşlarında olan yeniyetmələri əhatə edir. Azyaşlılar üçün biletlər ayrılıqda satılmır, yalnız böyüklər üçün biletlərlə birlikdə satılır. Böyüklər kateqoriyasına yarış həftəsonu ərəfəsində yaşı 16-dan çox olanlar aiddir. Bu kateqoriyaya aid hər bir şəxs özündən başqa ən çox iki azyaşlı bileti ala bilər. Azyaşlılarla yanaşı, 25 faizlik endirimdən yararlanan yerli sakinlər də yarış həftəsonu ərzində idman məkanlarına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədi göstərməlidirlər.

İlkin endirim kampaniyası müddətində yerli sakinlər dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 160-600 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 manat təşkil edir. Bu kampaniya ərəfəsində dördgünlük biletlərə əlavə olaraq, ayaqüstü zonalara birgünlük bilet almaq mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60, şənbə günü üçün 100, bazar günü üçün isə 150 manatdır.

Gələn il yanvarın 1-dən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlər üzərindən aparılacaq. Yerli sakinlər üçün nəzərdə tutulmuş 25 faizlik endirim qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.

Gələn il Formula-1 Azərbaycan Qran-Prisi aprelin 27-29-da keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!