USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universitetində biznes sektorunun liderləri ilə görüş keçirilib

ADA Universiteti bu il başladığı “İnkişaf naminə 100 yeni tərəfdaş” adlı kampaniyası çərçivəsində biznes sektorunun liderləri ilə hesabat tədbiri keçirib. Qeyd edək ki, ADA Universiteti yarandığı ilk gündən məşğulluq bazarında təmsil olunan sektorlarla əməkdaşlıq etsə də, ölkədə “bilik iqtisadiyyatı“nın inkişafı bu əməkdaşlığı şaxələndirmək zərurətini ortaya qoyub. Yeni kampaniya çərçivəsində ADA şirkətlərlə üç əsas istiqamət üzrə işləyir: ADA tələbələri üçün müxtəlif sahələrdə staj imkanları, şirkətlər üçün İxtisasartırma Proqramları və tələbə təqaüdləri. Bu maliyyə dəstəyi hesabına həmçinin Universitetdə tələbələrin “start up” ideyalarını inkişaf etdirən “Innovasiya Mərkəzi” yaratmaq mümkün olub. Tədbirdə ADA tələbələri ən uğurlu start up layihələrini biznes sektoru liderlərinə təqdim etdilər.

ASAN Radio xəbər verir ki, hesabat tədbirini yekunlaşdıran Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib: “Müstəqil Azərbaycan Respublikası son illər bütün sahələrdə əhəmiyyətli inkişaf əldə etmişdir. Bizim ölkənin beynəlxalq miqyasda uğurlu olması üçün bütün resursları var. Lakin insan resurslarından hələ ki tam səmərəli istifadə edə bilməmişik. ADA Universitetinin missiyası Azərbaycana müxtəlif sahələrdə yüksək səviyyəli insan resursunun hazırlanmasını təmin etməkdir. Bu istiqamətdə Universitetin göstəriciləri məmnunluq doğurur- məzunların 90% Universiteti bitirdikdən üç ay sonra iş tapırlar.” Rektor vurğulamışdır ki, ADA Universiteti tək Azərbaycan üçün yox, qlobal miqyasda mükəmməl kadrlar yetişdirməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə sənaye sektoru ilə yaxın münasibətlər qurmaq vacibdir. 

ADA Universitetinin tədbirinə 40 digər bzines sektorunun lidelrəri ilə qoşulan  "PricewaterhouseCoopers" (PwC) şirkətinin Azərbaycandakı nümayəndəliyinin idarəedici partnyoru  Mövlan Paşayev Universitetlə qurulan münasibətlərindən məmnunluğunu ifadə edib: “Bu günə kimi şirkətimizdə ADA Universitetinin 20 tələbəsi və məzunu staj və məşğulluq imkanlarından yararlanıb. Deyə bilərəm ki, bu gənclərin keyfiyyətcə fərqləndiyi dərhal nəzərə çarpır: onlar müasir biznes mühitinə uyğun, praktiki və ən son bilik və bacarıqlara malikdirlər. ADA Universitetinin təhsil fərqi də məhz bundadır.”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!