USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirini qəbul edib

Prezident İlham Əliyev dekabrın 5-də Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanı qəbul edib.

ASAN Radionun məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyi bildirilib.

Prezident İlham Əliyev Əhməd Arslanın XXIII Bakutel-2017 sərgisində iştirakının önəmini qeyd etdi, bu sərginin artıq 20 ildən çox keçirildiyini və hər dəfə də Türkiyədən olan şirkətlərin iştirak etməsindən məmnunluğunu bildirib. Nəqliyyat sahəsində əldə edilən uğurlara toxunan dövlət başçısı ölkələrimizin kommunikasiya, informasiya texnologiyaları sahəsində, xüsusilə TASIM layihəsi çərçivəsində birgə fəaliyyətinin önəmini vurğulayıb. Oktyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılış mərasimini xatırlayan dövlətimizin başçısı bildirib ki, bu tədbir bir daha Azərbaycan və Türkiyənin başladığı bütün təşəbbüslərinin gözəl nəticələr verdiyini göstərib. Prezident İlham Əliyev ölkələrimiz arasında rabitə sahəsində də birgə fəaliyyət üçün çox yaxşı imkanların olduğunu deyib.

Öz növbəsində, Əhməd Arslan XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin 190-dan artıq şirkətinin iştirak etməsinin önəmini vurğulayıb. O, prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya texnologiyaları sahəsində Azərbaycanda işlərin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə gələcəkdə regional səviyyədə birgə iş fəaliyyətinin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Qonaq iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!