"Gələn il Xəzər dənizində xəzəryanı ölkələrin birgə təlimlərinin keçirilməsi planlaşdırılır".
ASAN Radio APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Xəzər boyunca müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir: “Bu il xəzəryanı ölkələrin hər biri silahlı qüvvələrin gəmilərinin bir-birinə dostyana səfərini təşkil edib. Biz birgə perspektivli layihələrin həyata keçirilməsi barədə razılığa gəldik. Müxtəlif aspektlərdə nəqliyyat sahəsinin inkişafını müzakirə etdik. Beş ölkə arasında iqtisadi əlaqələrə də diqqət ayırdıq. Türkmənistanın təşəbbüsü ilə nəqliyyat və iqtisadi əməkdaşlıq sahəsində hökumətlərarası razılaşmanın hazırlanması istiqamətində iş gedir. Həmçinin hüquq-mühafizə orqanlarımız arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və brokonyerliyə qarşı mübarizə sahəsində ayrıca protokoların qəbulunun vacibliyini vurğuladıq".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!