USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam mərkəzində "Klassik musiqi axşamı" adlı konsert keçirildi

Dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsı çərçivəsində "Klassik musiqi axşamı" adlı konsert keçirilib.

ASAN Radio xəbər verir ki, əvvəlcə ADMİU-nun müəllimi, musiqişünas Sara Muradova çıxış edərək universitet tələbələrinin klassik musiqi sahəsindəki uğurlarından söhbət açıb. Konsertdə universitetin xor kollektivi çıxış edib, tələbələrdən isə Gülnarə Məmmədova, Rafiq Bəkirov, Pərvin Paşazadə, Zaur  Məmmədov, Sahib Məmmədov, Yusif Bədəlov, Müslüm Məmmədov, Günel Quliyeva, Nigar Hüseynova, Elməddin İbrahimli, Leyla Fərəcova, Leyla Əliyeva, Rəşad Kazımov, Zəhra Qarayeva, Səbinə Mehdiyeva klarnet, gitara, piano və başqa musiqi alətlərində ifa ediblər. Tədbir klassik  musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki,dekabrın 6-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamları" layıhəsi çərçivəsində "Xaric Segah" muğamı səslənəcək.

Biletləri şəhərimizin kassalarından,"ASAN xidmət" mərkəzlərindən və iticket.az(online) saytından əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!