USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan brendlərinin oğurlanmasında ən böyük təhlükə Ermənistandır 

“Azərbaycanın ərzaq məhsullarının brendləri, xüsusilə də şərab brendləri oğurlanaraq müxtəlif ölkələrin istehsalçıları tərəfindən istifadə olunur”. 

ASAN Radio xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov “Azərbaycanda coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda keçirilən konfransda deyib.

 

Komitə sədri qeyd edib ki, Azərbaycan məhsullarının oğurlanmasında ən böyük təhlükə Ermənistandır: “Ağdam şərabı brendini başqa ölkələrdə istifadə edir, tanınmış “Ağdam” brendi adı altında müəyyən məhsullar istehsal edib bazarlarda satırlar. Azərbaycan brednlərinin oğurlanmasının qarşısını almaq üçün müəyyən  tədbirlər görülür. Hələlik bununla bağlı beynəlxalq mexanizm mövcud deyil. Bunun üzərində iş gedir. Patentlər və Əmtəə nişanları Mərkəzi öz səlahiyyəti çərçivəsində bu məsələləri  həll etməyə çalışır. Bu hadisələrin baş verdiyi ölkələrdə müvafiq qurumlarla əlaqə saxlanılır, müəyyən məsələlərin həllinə nail oluruq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!