USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sosial yardım üçün müraciətin nəticəsini öyrənmək asanlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemində (VEMTAS) sosial yardım üçün edilmiş müraciətlərə məmur müdaxiləsi mümkün olmadan, şəffaf şəraitdə baxılaraq, nəticəsi barədə vətəndaşların “Ərizə-bəyannamə”də qeyd etdikləri əks əlaqə vasitələrinin birinə (mobil telefona, şəxsi kabinetinə və s.) elektron formada məlumat göndərilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların həmin məlumatları almaq imkanlarının daha da sadələşdirilməsi üçün onlara sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə məlumatları sadəcə telefon vasitəsilə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən birbaşa əldə etmək imkanı da yaradılıb.

Nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyətinin elektron texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi, onun əhaliyə xidmət funksiyalarının genişləndirilməsi işlərinin davamı olaraq, “Çağrı mərkəzi” tərəfindən artıq qeyd edilən istiqamətdə məlumat xidməti əhalinin istifadəsinə verilib. 

 Belə ki, təmsil etdikləri ailələrə ünvanlı dövlət sosial yardımının alınması üçün "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidməti vasitəsilə müraciət edən vətəndaş 142-“Çağrı mərkəzi”nə zəng edərək interaktiv rejimdə nazirliyin informasiya sistemindən müraciətinin cari vəziyyəti barəsində məlumatı əldə etmək üçün “0” düyməsini seçir. Bundan sonra “2” düyməsini yığaraq təmsilçinin şəxsiyyət vəsiqəsinin nömrəsini və sosial yardımın alınması üçün ailəni təmsil etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu “4” rəqəmini daxil edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!