24/10/2018 01:24

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9474 0.0260 0.2991


Gündəm

“ASAN xidmət” mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib


12.12.2017   19:00


“ASAN xidmət” mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

ASAN Radio xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən ulu öndərin 1 saylı Bakı "ASAN xidmət” mərkəzinin foyesindəki büstü önünə tər çiçəklər qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra “ASAN xidmət” kollektivi anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib, ümummilli liderin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.




Xəbər lenti

23 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook