USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib- YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın bundan sonra da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin yaxşı tarixə malik olduğunu və Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investoru olduğunu vurğulayan Prezident İlham Əliyev BP şirkətinin Azərbaycanın qlobal enerji layihələrində əsas tərəfdaşı olmasının önəmini qeyd edib. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı gələcəkdə qeyri-energetika sahəsində də Böyük Britaniya şirkətlərinin həm investor, həm də podratçı kimi iştirakının genişlənməsində ölkəmizin maraqlı olduğunu bildirib. Dövlətimizin başçısı Baronessa Rona Feyrhedin ölkəmizə səfərinin iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed Azərbaycanın müstəqillik illəri ərzində əldə etdiyi nailiyyətlərin çox böyük təəssürat yaratdığını deyib. Energetika sahəsində əməkdaşlığa toxunan Baronessa Rona Feyrhed BP-Azərbaycan əlaqələrini çox mühüm tərəfdaşlıq əlaqələri kimi dəyərləndirərək hökumətinin bu sahədə əməkdaşlığın bundan sonra da davam etdirilməsi işinə sadiq qalacağını vurğulayıb. Britaniya hökumətinin Azərbaycanla ikitərəfli münasibətlərə çox böyük önəm verdiyini deyən qonaq Azərbaycanın ölkəsinin mühüm strateji tərəfdaşı olduğunu bir daha qeyd edib.

Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivləri ətrafında məsələlərə toxunularaq “Şahdəniz-2” layihəsinin uğurlu icrasının və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılmasının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı, həmçinin infrastruktur sahəsində Britaniya şirkətlərinin iştirakı, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, alternativ enerji, kənd təsərrüfatı, turizm, təhsil sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Fairhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!