USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xorvatiyada "Əli və Nino" filmi nümayiş olunub

Xorvatiyanın Zaqreb şəhərində Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Qurban Səidin müəllifi olduğu dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filminin nümayişi keçirilib.

Xarici İşlər Nazirliyindən ASAN Radioya verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov sevgi hekayəsindən bəhs edən bu möhtəşəm filmin ekranlaşdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın işini yüksək qiymətləndirib və bugünkü hadisənin Azərbaycanla Xorvatiya arasında mədəni münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Filmin süjet xəttindən bəhs edən səfir F.Qurbanov coğrafi baxımından Avropa və Asiyanın kəsişməsində yerləşən Qafqaz regionunun müxtəlif sivilizasiya və mədəniyyətlər arasında ixtilafların aradan qaldırılmasında körpü rolunu oynadığını qeyd edib, əsrlər boyu bu coğrafiyada müxtəlif etnik və mədəni qrupların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb.

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Nataliya Oştariyaş iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib, nümayiş olunan filmin yalnız iki gəncin məhəbbət hekayəsindən deyil, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə və Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrindən bəhs etdiyini vurğulayıb.

Filmin nümyişi ilə yanaşı, tədbir iştirakçılarına "Əli və Nino" əsərinin xorvat dilində dərc olunmuş nüsxəsi təqdim edilib.

Tədbirdə Xorvatiyanın dövlət və ictimai xadimləri, Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!