22/04/2018 07:10

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0981 0.0279 0.4202


ASAN xəbər

Türkiyədə İLK: Maşinistsiz metro qatarları xəttə buraxılır 


14.12.2017   14:43


İstanbulda ilk dəfə olaraq maşinistsiz idarə olunan metro qatarları dekabrın 15-də xəttə buraxılacaq.

ASAN Radionun məlumatına görə, bu barədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Mevlut Uysal "Twitter" hesabında yazıb.

M.Uysal qeyd edib ki, bu qatarlar Üsküdar-Ümraniye stansiyaları arasında işləyəcək.

 

Bələdiyyə sədri müvafiq metro xəttinin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslərin iştirak edəcəyini bildirib.

Qeyd edək ki, maşinistsiz qatarların hərəkət etdiyi metro xətti ötən ay uğurla sınaqdan keçirilib.




Xəbər lenti

21 Aprel
20 Aprel













ASAN Radio telefonunuzda
Facebook