Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının 30 may 2017-ci il tarixli qərarıyla ATU Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasına qərar verilib. Artıq şuranın 9 nəfərdən ibarət tərkibi formalaşıb. Şuranın sədri Millət vəkili, həkim qastroentroloq İlham Məmmədov, üzvlər Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli və ASAN Radionun direktoru Emin Musavi ASAN Radionun studiyasında müzakirələr aparıblar.
ATU Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılması məqsədindən, keçirilən görüşlərin səmərəsindən söz açıblar. Yeni innovativ təkliflər səsləndiriblər. Rəy qutuları və "qaynar xətt" işinin təşkilindən danışıblar.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!