USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Cavan” Gənclər Hərəkatı İB-nin ofisində Beynəlxalq Elm Olimpiadasında medal qazanmış gənclərlə görüş keçirilib 

Niderlandın Neymegen şəhərində dünyanın 50-dən artıq ölkəsindən 300-dən çox məktəblinin iştirak etdiyi Yeniyetmələrin XIV Beynəlxalq Elm Olimpiadası keçirilib. Bu elm yarışında iştirak edən 6 azərbaycanlı məktəblidən 5 nəfəri – Kimya-biologiya təmayüllü Respublika Liseyinin şagirdləri Kənan Ağayev və Əli Əliyev, Ağdaş “İstək” liseyinin şagirdi Fərid Əliyev, Lənkəran “İstək” liseyinin şagirdi Turan Məmmədli, Bakı şəhəri 291 saylı Ekologiya liseyinin şagirdi Turan Bayramlı bürünc medal qazanıblar. Zərifə Əliyeva adına liseyin şagirdi Xaqan Məmmədlini isə medaldan cəmi iki xal ayırıb. 

ASAN Radio xəbər verir ki, dekabrın 18-də “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin ofisində medal qazanmış yeniyetmələrlə görüş təşkil edilib. Onlara daha böyük müvəffəqiyyətlər arzu edən təşkilat üzvləri yeniyetmələri təbrik edib, onların bu uğurunun Azərbaycan gəncliyi üçün böyük nailiyyəti olduğunu qeyd ediblər. Yeniyetmələrə simvolik hədiyyələr təqdim edilib. Olimpiadada iştirak edən komandamızın rəhbəri Elxan Tahirovla bərabər “Cavan”ın qonağı olan yeniyetmələr çay süfrəsi arxasında olimpiada haqqında təəssüratları ilə bölüşüblər.

Azərbaycanlı məktəblilər 2004-cü ildən bu olimpiadada iştirak edirlər və bu vaxtadək 37 medal qazanıblar. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!