USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazirliyin məktəblərdə tətil günləri ilə bağlı açıqlaması

Təhsil Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar orta məktəblərdə dərslərin hansı tarixlərdə keçiriləcəyinə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ASAN Radioya deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsindən əvvəlki gün, yəni dekabrın 30-u həftənin şənbə gününə təsadüf etsə də, 6 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər həmin gün dərslərdə normal qaydada iştirak etməlidirlər. 5 günlük tədris həftəsi ilə oxuyanlar üçün isə dərslər dekabrın 29-da bitəcək.

C.Valehov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-i (2017-ci il), yanvarın 1, 2 və 3-ü (2018-ci il) ölkədə qeyri-rəsmi iş günü hesab edildiyindən həmin tarixlərdə məktəblərdə dərslər keçirilməyəcək. Beləliklə, 5 günlük tədris həftəsi ilə işləyən orta məktəblərin şagirdləri ümumilikdə 5 gün - dekabrın 30, 31 və yanvarın 1, 2, 3-də, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərin şagirdləri isə 4 gün - dekabrın 31 və yanvarın 1, 2 və 3-də istirahət edə biləcəklər. Yanvarın 4-də isə bütün orta məktəblərdə tədris davam etdiriləcək.

Xatırladaq ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində (5 gün) olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!