USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İctimai Nəzarət və Məsləhət Şurası növbəti monitorinq keçirdi

Dekabrın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası (İNMŞ) növbəti monitorinq keçirib.

ASAN Radio xəbər verir ki, 3 saylı tədris binasında keçirilən monitorinqdə şuranın sədri, Millət vəkili, həkim qastroentroloq İlham Məmmədov və üzvləri - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, ATU-nun əzcaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva iştirak ediblər. 

Monitorinqlərin aparılmasında əsas məqsəd tələbələrin fikirlərini, rəylərini, şikayətlərini və təkliflərini  öyrənməklə ictimailəşdirmək, qarşıya çıxan problemlərin həllinə nail olmaqdır. 

Monitorinq zamanı insan anatomiyası, biologiya və tibbi genetika kafedralarında mühazirə zallarına, seminar və praktiki məşğələ otaqlarına daxil olan şura üzvləri tədris prosesini izləyiblər, tələbələrlə açıq diskussiya aparıblar.  Qarşılıqlı fikir mübadiləsi aparılarkən tələbə-müəllim münasibətlərinə də toxunulub. 

Tələbələr dərs yükü ilə müqayisədə  bəzi fənlərdən dərs saatının az olduğunu və bu amilin tədrisin keyfiyyətinə mənfi təsir göstərdiyini deyiblər. 

Təkcə mənfi hallara deyil, təqdir olunası məqamlara da diqqət yetirən şuranın üzvləri insan anatomiyası kafedrasında yaradılan tədris şəraitindən razı qaldıqlarını bildiriblər. 

Qeyd edək ki, qeydə alınan təklif və rəylər qruplaşdırılaraq müzakirə edildikdən sonra reydin nəticələri haqqında daha ətraflı məlumat veriləcək. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!