USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elmar Məmmədyarov: Üçtərəfli əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəldik

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə razılığa gəldik ki, bu formatda görüşləri davam etdirək, əməkdaşlığı daha da genişləndirək, enerji, nəqliyyat, turizm və digər sahələrdəki potensialdan daha geniş istifadə edək.

ASAN Radio xəbər verir ki, bu fikri dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında nazir Elmar Məmmədyarov bildirib.

Elmar Məmmədyarov görüşdə Fələstin məsələsi ilə bağlı da müzakirələrin aparıldığını deyib. Bildirib ki, Azərbaycan bu məsələ ilə əlaqədar BMT Baş Assambleyasında qəbul olunacaq sənədin lehinə səs verəcək. Qüdslə bağlı Azərbaycanın mövqeyi Prezident İlham Əliyev tərəfindən İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısında səsləndirilib. Biz bu mövqedə qalırıq.

Enerji sahəsində əməkdaşlığa toxunan nazir vurğulayıb ki, gələn il TANAP boru kəməri istifadəyə veriləcək. Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq gündən-günə artır. Bundan əlavə, üç ölkə arasında elektrik enerjisi mübadiləsi genişləndirilir. Türkiyədə keçiriləcək növbəti görüşümüzə özəl sektordan, o cümlədən iqtisadi sektordan nümayəndələr dəvət edib əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edəcəyik.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!