18/07/2018 05:22

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9921 0.0273 0.3510


İdmandasan

"Formula-1” ilə bağlı Xəqani küçəsində baryerlər qoyulur


22.12.2017   16:12


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində baş tutacaq növbəti Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir.

BŞH-dən ASAN Radioya verilən məlumata görə, hal-hazırda Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur.

“Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00-06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər. Əməliyyat şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və qarşılaşdıqları çətinlikləri anlayışla qarşılamağa çağırır”, - deyə məlumatda bildirilir.




Xəbər lenti

17 Iyul
16 Iyul













ASAN Radio telefonunuzda
Facebook