USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin  inkişaf perspektivləri Bakıda müzakirə olunub

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yük daşımalarının təşkili və tranzit potensialının inkişafına dair İşçi Qrupun iclası keçirilib. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ASAN Radioya bildirib ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus və İran dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər.  

İclasa “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov rəhbərlik edib. 

İşçi Qrupun İclasında aşağıdakı məsələlər müzakirə olunub: Qarşılıqlı yük axınlarının bərabərləşdirilməsi üçün Azərbaycan üzərindən İran-Rusiya istiqamətindəki perspektiv yük axınları haqqında İran tərəfinin məlumat və statistikası; Fars körfəzi və Hindistandan İran, Azərbaycan, Rusiya və Belarus ərazilərini keçməklə Avropa ölkələrinə (və əks istiqamətdə) yük daşımaları üçün yük bazasının müəyyənləşdirilməsi məqsədilə Hindistandan ekspeditorlar, operatorlar, yük göndərənlər/alanlar ilə 2018-ci ilin yanvar ayında görüşün təşkili məsələsinin nəzərdən keçirilməsi; “Şimal-Cənub” beynəlxalq nəqliyat dəhlizi üzrə Azərbaycan, Rusiya, Belarus və İranın logistik şirkətləri arasında qarşılıqlı əlaqələr haqqında Azərbaycan tərəfinin məlumatı; Konteyner (blok) qatarlarının Astara (İran) – Moskva və əks istiqamətdə mütəmadi şəkildə işə salınması üçün hərəkət cədvəlinin müzakirəsi və təsdiqlənməsi; İran ərazisi ilə yüklü və boş vaqon, eyni zamanda konteynerlərin keçidinə dair İran tərəfinin hesabatı; İran tərəfindən  refrijerator konteynerlərinin daşınması üçün texnologiya və tariflərin müzakirəsi və  Astara (İran) – Astara (Azərbaycan) yeni dəmir yolu xəttinin açılmasına dair Azərbaycan tərəfinin məlumatı.

Tədbirin sonunda müvafiq sənədlər imzalanıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!